AZ

Azərbaycan gimnastları dünya çempionatında mübarizəyə başlayır

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə yeniyetmələr arasında dünya çempionatı başlayır.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsi keçiriləcək.

Azərbaycan gimnastları da mübarizəyə başlayacaqlar: Azadə Atakişiyeva halqa ilə kompozisiya nümayiş etdirəcək, İlahə Bahadırova topu ram edəcək.

Yeniyetmələrin dünya çempionatında fərdi hesabda yalnız müxtəlif növlərdə medallar uğrunda mübarizə gedəcək. Çoxnövçülük yarışları nəzərdə tutulmayıb. 
 

Seçilən
18
5
fanat.az

6Mənbələr