İngiltərə Premyer Liqasının 2025/26 mövsümünün ilk oyun cədvəli açıqlanıb.
Publika.az xəbər verir ki, yeni mövsüm 15 avqustda start götürəcək. Açılış matçında son çempion "Liverpul" öz meydanında "Bornmut"u qəbul edəcək.
Mövsümün son, 38-ci turu isə 24 may 2026-cı ildə baş tutacaq. Ümumilikdə çempionatda 380 oyun keçiriləcək.
Xatırladaq ki, 2024/25 mövsümündə çempion "Liverpul" olub - 84 xal. İkinci yeri "Arsenal" (74 xal), üçüncü pilləni isə "Mançester Siti" (71 xal) tutub.
Premyer Liqanın 1-ci turunun oyun cədvəli
15 avqust, cümə
22:00 Liverpul - Bornmut
16 avqust, şənbə