AZ

Rusiya XİN: Almaniya kanslerinin fikirləri qəbulolunmazdır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın kansleri Fridrix Mersin İsrailin Yaxın Şərqdə “çirkli işi” yerinə yetirdiyinə dair sözlərinə münasibət bildirib və onları “dəhşətli” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Zaxarova özünün “Telegram” kanalında yazıb.

“Bu, mənim nəinki eşitdiyim, hətta təsəvvür belə edə bilmədiyim ən dəhşətli ifadədir”, – deyə diplomat qeyd edib.

Zaxarova xatırladıb ki, Fridrix Mersin babası Yozef Paul Sovini nasist Almaniyası dövründə bürqomistr olub, atası isə Almaniya ordusunda xidmət edib və sovet ordusuna qarşı vuruşub.

18 iyun tarixində Mers bəyan edib ki, İsrail bütün Qərb dünyası adından “çirkli işi” yerinə yetirir və bu səbəbdən ölkənin rəhbərliyi və ordusu yalnız hörmətə layiqdir. O, həmçinin İranı daxili və xarici siyasətdə “terrorçu rejim” adlandırıb, Tehranın Rusiyaya kamikadze dronlar və digər hərbi yardım göndərdiyini də iddia edib.

Seçilən
2
nocomment.az

1Mənbələr