AZ

KAYA KALLASDAN XƏBƏRDARLIQ » AzadMedia.az

KAYA

Rusiya Avropa İttifaqı üçün bilavasitə təhdid yaradır.

Bunu Avropa İttifaqının yüksək səlahiyyətli nümayəndəsi Kaya Kallas deyib.

O bildirib ki, Rusiya təxribat və kiberhücum aktları vasitəsilə təhdid yaradır, lakin Rusiyanın böyük həcmdə hərbi xərcləri Prezident Vladimir Putinin gələcəkdə həmçinin silahlı qüvvələrinin gücündən də istifadə etməyi planlaşdırdığını düşünməyə əsas verir.
O həmçinin əlavə edib ki, Rusiyanın müdafiə sənayesinə xərclədiyi məbləğ 27 Aİ ölkəsinin birlikdə bu sahəyə xərclədiyi məbləğdən daha çoxdur.

“Rusiyanın bu il müdafiə sənayesinə etdiyi yatırımın məbləği ölkənin səhiyyə, təhsil və sosial sığorta sektoruna ümumilikdə yatırımının məbləğindən çox olacaq. İstifadə etmək planlaşdırılmasa idi, müdafiə sənayesinə bu qədər çox xərc çəkilməzdi”, - deyə Kallas qeyd edib.
Qeyd edək ki, Rusiyanın 2025-ci ilə müdafiə sənayesi üçün ayırdığı büdcə 142 milyard dollar təşkil edir.

Seçilən
10
1
azadmedia.az

2Mənbələr