AZ

“Yapma biradər” – Türkiyədə Azərbaycana hücum edənlərin görmədiyi gerçəklər

İsrail və İran müharibə aparır, Türkiyədə isə Azərbaycanı müzakirə mövzusuna çeviriblər. Guya Azərbaycan İsrailə dəstək verirmiş, guya Azərbaycan İsrailə neft satdığı üçün bu ölkənin təyyarələri yanacaqla təmin olunurmuş. Hətta “Azərbaycan İsraillə niyə münasibətlər qurub?” kimi məntiqsiz ittihamlar irəli sürülür, azərbaycanlıların sosial şəbəkələrdə müharibə haqda fikirləri “Bakının Təl-Əvivə dəstəyi”ndə “fakt” kimi təqdim olunur.

Bu ittihamların hər biri absurd iddiadan başqa bir şey deyil. Azərbaycan İran-İsrail müharibəsində tərəf deyil, rəsmi Bakı tərəflərin dərhal diplomatik masaya qayıtmasının tərəfdarıdır və toqquşmanın başlanmasından sonra xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Araqçı ilə təmasa keçərək, “Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması mümkün deyil” mövqeyini çatdırdı. Bununla bağlı heç bir fakt da yoxdur, çünki Azərbaycan əvvəllər, indi və bundan sonra heç vaxt heç bir ölkəyə qarşı hansısa hücumda platforma olmayıb, olmur və olmayacaq. Hətta Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və hər fürsətdə Bakıya hücum edən İranın Ermənistandakı səfiri Mehdi Sobhani belə erməni jurnalistlərin bu iddialarla bağlı sualına cavabında “belə bir fakt yoxdur” cavabını verdi. O zaman sual yaranır: Türkiyə mediası nəyin “davasını” aparır, əsassız iddiaları saqqız kimi çeynəməklə nəyə nail olmaq istəyirlər?

Azərbaycanın İsrailə neft satmasının İrana qarşı müharibəyə dəstək kimi təqdim edilməsi də eyni səviyyəli məntiqsizliyin məhsuludur.

Birincisi, Azərbaycanın enerji resursları müxtəlif ölkələrə, elə bizi ittiham edən qardaşımız Türkiyəyə də ixrac olunur: bu ölkələrin apardığı siyasətə, atdığı addımlara görə məsuliyyəti bizmi daşımalıyıq? Bu, hansı məntiqin məhsuludur?!

İkincisi, Azərbaycanın İsrailə neft satması bazar qaydalarına uyğun həyata keçirilir. Neftimiz Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Ceyhan limanına qədər daşınır, buradan tankerlərə yüklənir. Açıq dənizə çıxdıqdan sonra bu artıq Azərbaycan nefti hesab olunmur, çünki müxtəlif treyderlər məhsulu bir-birinə satır.

Buna görə hər fürsətdə Azərbaycanı ittiham etməyin bir adı var: art niyyət. Qardaş ölkənin mediasında səngimək bilməyən bu art niyyət isə həqiqətən də təəssüf doğurur. Həm də bir məsələni ön plana çıxarır: Azərbaycanın İsrailə satdığı deyilən neft Ceyhandan – Türkiyə ərazisindən daşınır və tranzit haqqına görə milyonlarla gəlir əldə edirlər. Türkiyədə Azərbaycanı ittiham edənlər niyə bu fakta toxunmur? Əgər bu məsələdə Azərbaycan günahkardırsa, Türkiyə də eyni dərəcədə günahkar olmalıdır.

Təəssüf doğuran təkcə Türkiyə mediasında Azərbaycana qarşı irəli sürülən bu ittihamlar deyil, həm də qardaş ölkənin rəsmi dairələrinin qardaşlığa sığmayan bu kampaniya qarşısında susqunluq nümayiş etdirməsidir. Bu, Azərbaycan ictimaiyyətində haqlı suallar doğurur.

- Azərbaycanın ittiham edildiyi Türkiyədə İsraillə əlaqələr hansı səviyyədədir, Qəzza müharibəsindən sonra bu əlaqələr yenidən nəzərdən keçilibmi, yaxud sərgilənən “sərt mövqe” praktiki müstəvidə əks olunurmu?

Azərbaycana qarşı ittihamlar fonunda bu sualın cavabı sözün gerçək mənasında şok effekti yaradır. Çünki Türkiyənin İsraillə əlaqələrindəki reallıq sözlərdən çox fərqlidir.

Anadoludakı qardaşlarımızın dediyi kimi, “Yapma birader, bir az gerçəkçi olun!”

İsrail Türkiyənin 5-ci ən böyük ticarət tərəfdaşıdır. Türkiyə şirkətləri bu ticarətdən milyardlarla pul qazanır və İsrail Qəzzaya hücum edəndə də, İranla müharibəyə başlayanda da bu əlaqələr davam edib, edir. Elə Türkiyə mediasında bununla bağlı yayılan faktlara diqqət edək:

- İsrailə malzəmə (materiallar) daşıyan “Manta Dənizçilik” şirkətinin rəhbəri Mərt Çətinkaya: onun Burak Ərdoğanla ortaq olduğu haqda məlumatlar var.

- İsrailə malzəmə daşıyan “Oras Dənizçilik”in sahibi Salih Zeki Çakır: Binəli Yıldırımın oğlu Ərkan Yıldırım və AKP millət vəkili Vəhbi Koç ilə ortaqdırlar.

- İsrailə malzəmə daşıyan “Hatay Roro” gəmisinin sahibi, AKP millət vəkili namizədi və keçmiş il başqanı İbragim Gülər;

- İsrailə malzəmə daşıyan “Osmanoğulları Qaz Beton” şirkətinin sahibi, Malatya Yaşılyurt bələdiyyə başqanı, AKP-çi Məhmət Çınar:

- İsrailə kablo tədarük edən “Pamukkale Kablo” nun sahibi Mustafa Semerci: BBP qurucusudur və hakim koalisiyada yer alır;

- İsrailə elektrik tədarük edən “Zorlu Holdinq”;

Seçilən
0
2
publika.az

3Mənbələr