AZ

İçərişəhərdə “Muğam Saatı” - VİDEO

Bu gün İçərişəhərin müxtəlif guşələrində “Muğam Saatı” adlı interaktiv səs performansı layihəsi ilə milli muğamlarımız İçərişəhərdə səsləndirilir.

Modern.az xəbər verir ki, bu instalyasiya və ifaçılıq layihəsi 1950-60-cı illərdə Azərbaycan Dövlət Radiosunda yayımlanan “Muğam Saatı” adlı məşhur radio proqramından ilham alır.

Layihənin əsas məqsədi həmin dövrdə geniş kütlələrin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmiş muğam yayımını müasir formada yenidən canlandırmaqdır. O illərdə radio proqramlarının səsi hər evdən, dükan pəncərəsindən, hətta Abşeronun ucqar bağ evlərindən belə eşidilirdi.

Bu musiqi atmosferini bərpa etmək üçün saat 14:00-dan 15:00-dək İçərişəhərin müxtəlif nöqtələrində qurulacaq səs cihazlarından arxiv muğam yazıları səsləndiriləcək.
 

 

Seçilən
7
1
modern.az

2Mənbələr