AzVision.az bildirir ki, genişmiqyaslı hücum haqqında ilk məlumatı verən ZachXBT kriptoanalitikinin sözlərinə görə, “Tron” şəbəkəsindəki “Nobitex”inqaynar pul kisələrindən 48,5 milyon dollar çıxarılıb. Həmçiin, bitkoinlərdə, “Dogecoin” və digər tokenlərdə olan vəsaitlər də oğurlanıb.
Oğurlanan vəsaitlər təxribat xarakterli imzalarla dörd ünvana göndərilib. Pul kisələrindən birinin açıq açarının əvvəlindəFuck IRGC Terrorists NoBitex (TKFuckiRGCTerroristsNoBiTEXy2r7mNX)ifadəsi şifrələnib.
Bu cür ünvanlar boş ünvan generatorlarından - ümumi ünvan verilmiş simvol ardıcıllığı ilə başlayana qədər xüsusi açarı təxmin etməyə çalışan proqramlardan istifadə olunmaqla yaradılır.
“Nobitex” tezliklə onun qaynar cib kisələrinə və bildiriş sisteminə girişin pozulduğunu təsdiqləyib. Bütün şübhəli əməliyyatlar dayandırılıb və faktla bağlı daxili araşdırma aparılır.
“İstifadəçilərin soyuq pul kisələrindəki vəsaitlərə ziyan dəyməyib, itkilər sığorta fondu və şirkətin ehtiyatları hesabına ödəniləcək. Sayt və proqram müvəqqəti olaraq əlçatan deyil”,- birjanın verdiyi açıqlamada deyilir.
Oğurluğa görə məsuliyyəti öz üzərinə götürən“Gonjeshke Darande (Yırtıcı Sərçə)” haker qrupu “X” sosial şəbəkəsində yaydığı paylaşımda “Nobitex” kriptobirjasını“İran rejimi üçün terrorizmi maliyyələşdirmək və sanksiyalardan yayınmaq üçün əsas vasitə” adlandıraraq, 24 saat ərzində daxili məlumatları və birjanın mənbə kodunu dərc edəcəyinə söz verib.
Xatırladaq ki, “Nobitex” 2017-ci ildə yaradılıb. “İrancrypto.market” aqreqatorunun məlumatına görə, onun gündəlik ticarət həcmi 7 kvadrilyon İran rialından (168 milyon dollar) çoxdur və bunun da, demək olar ki, yarısı “Bitcoin” ilə müştərək paya bərabərdir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta