Britaniyanın Kral Hərbi Hava Qüvvələrinə aid əlavə təyyarələr Yaxın Şərqə yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili açıqlama verib.
"İrandan gələn hər hansı bir təhlükədən daha yaxşı qorunmaq üçün Yaxın Şərqə Kral Hərbi Hava Qüvvələrinə (RAF) aid əlavə təyyarələr yerləşdirdirilib. Təyyarələr heyəti qorumaq, tərəfdaşları sakitləşdirmək və gərginliyin azaldılması üçün təcili ehtiyacı gücləndirmək üçün operativ cavab olaraq göndərilib”, - nazir söyləyib.
Hili təyyarələrin Yaxın Şərqə çatmağa başladığını bildirib. Qeyd edib ki, önümüzdəki günlərdə daha çox təyyarə göndəriləcək.