2022-ci ildə "Qafqaz və region üçün sülh və sabitlik", 2023-cü ildə "Qurtuluşdan Zəfərə", həmçinin 2024-cü ildə "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda Bəyannamənin ildönümündə keçirilən beynəlxalq konfranslar bu sənədin yalnız hüquqi deyil, həm də siyasi simvolik rəmzə çevrildiyini göstərir.
Bəyannamədə yer alan əsas məqamlardan biri Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlər yer alıb. Qeyd edilib ki, iki qardaş ölkə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31