Rusiya ABŞ-ı İsrailə birbaşa hərbi yardım göstərməkdən, hətta bu mövzuda ehtimallar irəli sürməkdən çəkinməyə çağırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov “İnterfaks” agentliyinə açıqlamasında bildirib.
ABŞ-ın Yaxın Şərqdəki münaqişəyə mümkün müdaxiləsi barədə danışan Ryabkov qeyd edib ki, Vaşinqton daim bu proseslərin mərkəzində olub və “əvvəllər müdaxilə etmirdi, indi isə edə bilər” demək düzgün olmazdı.
“Başqa məsələ isə onların İsrailə birbaşa hərbi yardım məsələsinə necə yanaşmalarıdır. Biz Vaşinqtonu bu cür spekulyativ, nəzəri ehtimallardan belə çəkinməyə çağırırıq. Bu, ümumi vəziyyəti radikal şəkildə qeyri-sabitləşdirə biləcək addım olardı”, – deyə Ryabkov vurğulayıb.