AZ

Yaxın Şərq, yaxın keçmiş: İraq ssenarisi İranda təkrarlana bilərmi?

"The New York Times" qəzetiyazırki, İran bu məqsədlə artıq hazırlıq işləri görür. O, İraqdakı bazalardan başlayaraq, xüsusən İsrailin əməliyyatına dəstək verən ərəb ölkələrindəki ABŞ hərbi bazalarını hədəfə almaq niyyətindədir. Nəzərə alsaq ki,İran Ordusunun birbaşaBəhreyn, Qətər və BƏƏ-yə asanlıqla çata bilən raket sistemlərivar, bu qaçılmaz addım kimi görünür.

Digər tərəfdən, Vaşinqtonun regiondakı qüvvələri də mümkün zərbələrə qarşı gücləndirilmiş müdafiə rejiminə keçib. Eyni zamanda,ABŞ Avropaya 30-a yaxın tanker təyyarəsi göndərib.Bu təyyarələr həm Tehranın potensial raket hücumuna qarşı müdafiəyə öz töhfəsini verə bilər, həm də İsrailin İran ərazisindəki antinüvə əməliyyatına qoşula bilər.

"Vaşinqton belə bir addım atıb İranın əsas nüvə obyekti sayılan "Fordo"ya aviazərbə endirərsə, Yəməndəki iranyönümlü "Husi" terror təşkilatı Qırmızı dəniz və ətraf sularda gəmilərə qarşı hücumarını daha da artıracaq.İraq və Suriya ərazisindəki iranyönümlü yaraqlılar,şübhəsiz ki, bu ölkələrdə yerləşən ABŞ bazalarına hücum çəkməyə çalışacaqlar",- qəzet özünü İran daxilindəki rəsmi mənbələrinə istinadən yazır.

Əlbəttə, ABŞ təkcə təyyarələrlə yox, dəniz yolu ilə də İrana - Fars körfəzinə girməyə cəhd göstərəcək. İranın bu cəhdin qarşısını almaqdan ötrüHörmüz boğazını minalaması ehtimalı istisna deyil.

ABŞ-nin birbaşa İran ərazisinə əvvəla havadan, ardınca da mümkün surətdə qurudan hücuma keçəcəyi təqdirdə bu ölkə2003-cü ildə İraqın üzləşdiyi aqibətlə üzləşə bilər. Maraqlıdır ki, dünən İsrailin müdafiə naziri İsrael Kats İsrail Ordusunun ali rütbəli nümayəndələri ilə keçirdiyi vəziyyəti qiymətləndirmə iclasında bu barədəbirbaşa Əli Xameneiyə xəbərdarlıq ünvanlayıb.

"Müharibə cinayətləri törətməkdən, mülki İsrail sakinlərinə raket atmaqdan əl çək. Ey İran diktatoru, (İraqın sabiq lideri - red.) Səddam Hüseynin aqibəti sənin də başına gələcək!".

Məlumat üçün bildirək ki, İranın sabiq lideri Səddam Hüseyn 2003-cü ildə ABŞ-nin İraqı işğalı əsnasındadevrilmiş və asılmışdı.
Kats:"Tornado İranı dağıtmaqdadır"

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.

Firudin Həmidli
AzVision.az
Seçilən
9
1
azvision.az

2Mənbələr