AZ

İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!"

İran dövlət televiziyası mesajlaşma proqramının İsrailə göndərmək üçün istifadəçi məlumatlarını topladığını irəli sürərək əhalini "WhatsApp" tətbiqini silməyə çağırıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, "WhatsApp" açıqlamasında "bu yalan xəbərlərin insanların ən çox ehtiyac duyduğu bir vaxtda xidmətlərimizin bloklanmasına bəhanə olacağından narahat olduğunu" bildirib.

"WhatsApp" yaydığı bəyanatda bu ittihamların əsassız olduğunu deyib:

"Biz sizin dəqiq yerinizi izləmirik, hər kəsin kiminlə mesajlaşdığını qeyd etmirik və insanların bir-birinə göndərdiyi şəxsi mesajları izləmirik" deyə əlavə edib. "Biz heç bir hökumətə toplu məlumat vermirik" .

Xatırladaq ki, İran daha əvvəl də bir çox sosial media platformalarını qadağan etmişdi. Lakin əhali "VPN" və "Proxy" kimi üsullarla bu maneələri aşmağa davam edirlər. 2022-ci ildə ölkə daxilində başlayan etirazlar zamanı "WhatsApp" və "Google Play"ə giriş bağlanmış və bu qadağalar 2024-cü ilin sonunda aradan qaldırılmışdı.

Fidan
Milli.Az

Seçilən
1
4
milli.az

5Mənbələr