Dünən ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına bu ölkədəki İranla bağlı yerlərdən uzaq durmaqla bağlı çağırış edib.
Tribunainfo.az xəbər verir ki, diplomatik korpus həmin məkanların onlar üçün təhlükəli ola biləcəyini qeyd edib.
Erməni mediası isə məsələyə bir qədər başqa şəkildə yanaşıb. “Jamanak” qəzeti “Ermənistan anti-İran terror ocağıdır?” başlıqlı yazı dərc edib. “Bu çağırış belə düşünməyə əsas verir ki, ölkədə hansısa qüvvələr İrana qarşı addımlar atmaq fikrindədir. Hökumət bu məsələyə aydınlıq gətirməlidir”.
Fərda Uğur