İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrinin sözlərinə görə, 18 iyun gecəsi İran tərəfindən İsrailə təxminən 30 raket buraxılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, keçirilən brifinqdə məlumat verib.
Defrin bildirib ki, raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib və hadisə nəticəsində xəsarət alan olmayıb.
Bununla belə, 18 iyun tarixində İsrail hökuməti gün ərzində verdiyi açıqlamada İrandan edilən raket hücumları nəticəsində 800-dən çox israillinin xəsarət aldığını bildirib.