ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İran İsraillə münaqişə fonunda ABŞ Prezidenti Donald Trampın tələb etdiyi kimi, qeyd-şərtsiz kapitulyasiyaya getməyəcək".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri İranın Fransadakı səfiri Mohammed Əmin-Nejad "BFMTV" kanalının efirində Trampın müvafiq tələbini şərh edərkən deyib.
"Bu, Benyamin Netanyahunun istəyi ilə eynidir... Bu, qətiyyən reallaşmayacaq", - deyə səfir bildirib.
Bundan əlavə, Mohammed Əmin-Nejadın sözlərinə görə, İsrailin İranın hərbi obyektlərinə hücumları ölkənin müdafiə qabiliyyətinə hər hansı şəkildə təsir göstərməyəcək.
O qeyd edib ki, İranın müdafiə qüvvələri hansı yerlərin bombalanmasından asılı deyil.
Səfir, həmçinin əlavə edib ki, İran əvvəlki kimi, münaqişənin həlli üzrə danışıqlara hazırdır.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp özünün "Air Force One" təyyarəsində jurnalistlərə müsahibəsi zamanı ABŞ-nin İranın tamamilə təslim olmasından başqa bir şey gözləmədiyini bəyan edib.
"Mən İranla hər hansı danışıqlar aparmaq əhvalında deyiləm, çünki mən Tehranın tam kapitulyasiyasından başqa heç nə gözləmirəm", - deyə Ağ Ev rəhbəri vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.