AZ

Qazaxıstan Bakı-Tiblisi-Ceyhan kəməri ilə 1,4 milyon tondan çox neft ixrac edib

2024-cü ildə Qazaxıstan Bakı-Tiblisi-Ceyhan kəməri ilə 1,4 milyon tondan çox neft ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə "Astana" Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda bildirilir.

Qeyd edilir ki, Qazaxıstan BTC vasitəsilə neft ixracını ildə 2,2 milyon tona, uzunmüddətli perspektivdə 20 milyon tona çatdırmağı planlaşdırır.

Seçilən
7
teleqraf.com

1Mənbələr