Azpost saytına istinadən ain.az xəbər verir.
“Tramp əgər İsrail-İran müharibəsinin başlanmasına özünün məlum strategiyasına uyğun olaraq göz yumub yol veribsə, onda bu raket atışması yaxın gün-həftələrdə sona çatacaq. Tramp özünə Nobel Sülh mükafatı tələb edəcək”.
AzPost bildirir ki, bu sözləri REAL partiyasının sabiq sədri İlqar Məmmədov bildirib.
Onun sözlərinə görə, ziddiyyətləri zirvə nöqtəsinə çatdırıb son anda anlaşma əldə etmək bir üsul kimi çoxdan bəllidir: “Hələ Lenin deyirdi ki, birləşmək üçün, əvvəlcə yaxşıca bölünmək lazımdır. Tramp bu üsulu biznesdə uğurla sınayıb və indi siyasətdə də öz bildiyi kimi sınamaq istəyir. Görək alınırmı? Düzdür, nəticə bu cür olacaqsa, Netanyahu öz vəzifəsini çətin saxlaya – onun koalisiyası tezliklə dağılar”.
İ.Məmmədovun fikrincə, əgər Trampın hazırki atışma üzərində strateji nəzarəti yoxdursa və o Netanyahunun məqsədlərinə uyğun hərəkət etməyə borcludursa, onda hərbi əməliyyatların davamı Trampın Amerikadakı seçici bazasına həlledici zərbə vuracaq: “Yəni Tramp gələn ilin noyabrında aralıq seçkilərini tamamən uduzacaq. Onun MAGA hərəkatı daxilində müharibəyə münasibətdəki ziddiyyətlər çox aydın görünür. Qısası, Tramp və Netanyahunun hər ikisinin eyni zamanda bu atışmalardan qazanmış tərəf kimi çıxması ehtimalı hazırda çox aşağıdır. Görək hadisələrin davamı nə göstərir”.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.