AZ

Sərin, amma zərərli? Kvas içkisinin bilinməyən təhlükələri

Sərin,

Yayda sərinləmək üçün bir çoxları kvas içkisinə üstünlük verir. Təbii dadı və “sağlam” imici ilə seçilən bu içki bəzən sağlamlıq üçün düşündüyümüz qədər faydalı olmaya bilər. Gəlin, kvasın zərərlərinə birlikdə nəzər salaq:1. Tərkibində spirt varKvas təbii mayalanma nəticəsində hazırlanır və bu proses zamanı az da olsa spirt yaranır (bəzən 1-2%). Uşaqlar, hamilə qadınlar və spirtə həssas insanlar üçün bu ciddi risk daşıya bilər.Sərin,2. Qazlı və mədə üçün ağırdırKvas qazlı içki olduğundan həzm sistemində şişkinlik, qaz və narahatlıq yarada bilər. Mədə turşuluğu yüksək olan insanlar üçün xüsusilə zərərlidir.3. Qan şəkərini yüksəldə bilərBəzi sənaye üsulu ilə hazırlanmış kvaslar tərkibinə şəkər və ya qlükoza siropu əlavə edilir. Bu isə qan şəkərini yüksəldir və diabet riski olanlar üçün təhlükə yaradır.4. Təzyiqi yüksəldə bilərKvas bəzi hallarda orqanizmdə suyu saxlayaraq arterial təzyiqin artmasına səbəb ola bilər. Hipertoniya xəstələri bu içkini diqqətlə qəbul etməlidir.5. Allergik reaksiyalarKvas buğda, arpa və maya tərkibli olduğundan bəzi insanlarda allergik reaksiyalara, dəri səpgilərinə və ya mədə pozğunluqlarına səbəb ola bilər.Kvas içkisi hər nə qədər təbii və sərinləşdirici görünsə də, onunla ehtiyatlı olmaq vacibdir. Xüsusilə uşaqlar, hamilələr və mədə-bağırsaq problemi olan şəxslər üçün kvas gündəlik içki olmamalıdır.İçdiyin hər qurtumda sağlamlığını düşün!Ulusum.az

Diqqət Çəkənlər

“İran dərhal təslim olmalıdır” – Tramp G7-ni yarımçıq qoydu

Tramp danışacaq: İranla müharibə qapıdadır?

İranda "əsrlik sürpriz" vəd edilir: Bu axşam dünya nəyi unutmayacaq?

Seçilən
3
ulusum.az

1Mənbələr