ABŞ-ın oyuncaq istehsalçısı “Hasbro Inc.” Şirkəti dünya üzrə işçi sayını 3% azaldıb.
İndex.az “Reuters”ə istinadən xəbər verir ki, şirkətin 2024-cü il hesabatına görə, şirkətdə 4 985 min işçi var idi.
“Biz strukturumuzu uzunmüddətli hədəflərimizə uyğunlaşdırırıq”, – şirkətin nümayəndəsi Ebbi Houds agentliyə bildirib.
Xatırladaq ki, “Hasbro”nun səhmləri çərşənbə axşamı əlavə ticarət sessiyasının nəticələrinə görə 0,7% bahalaşıb.