“Son 23 ildə qarşılaşdığımız digər münaqişələr kimi, biz də İsrailin İrana qarşı törətdiyi terror hücumlarını çox diqqətlə izləyirik”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) TBMM qrup toplantısında çıxış edərkən deyib.
O qeyd edib ki, bütün qurumlarımız və əlaqədar dostlarımız bu hücumların Türkiyəyə mümkün təsirləri ilə bağlı xəbərdardır:
“Biz hər cür neqativlərə, ssenarilərə qarşı hazırlıq görmüşük”, - deyə Ərdoğan vurğulayıb.
Daşqın HəsənovMissiya.Az