AZ

“Türk təyyarələri İsraili qoruyur” iddiası yalandır – Türkiyə rəsmiləri açıqlama yaydı

Bəzi sosial media platformalarında yayılan “Türk hərbi təyyarələri İsraili qorumaq üçün vəzifə yerinə yetirir” iddiaları tamamilə dezinformasiyadır.

 Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi rəsmi açıqlama yayıb.

Bəyanatda bildirilir ki, Türkiyə Yaxın Şərqdə sülh və sabitliyin tərəfdarıdır və Türk Silahlı Qüvvələri bu bölgədə əmin-amanlığın təminatçısıdır.

Milli Müdafiə Nazirliyi, tabeliyindəki bütün qurumlarla birlikdə ölkənin hava məkanındakı hüquq və maraqlarını qorumağa qətiyyətlə davam edir.

Qeyd olunub ki, Türkiyə, Yaxın Şərqdə sabitliyi pozan İsrailin fəaliyyətlərinə qarşıdır və bu ölkənin hər hansı düşmənçilik siyasətinə dəstək verilməsi mümkün deyil.

Məlumat ictimaiyyətə hörmətlə təqdim olunur.

Seçilən
8
tribunainfo.az

1Mənbələr