“Hökumətlə xalq arasında birlik olarsa, heç bir təhlükə İrana zərər verə bilməz”.
Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Xalq bizimlədirsə, heç bir problem ölkəni təhdid edə bilməz. Ona görə də milli birliyi qorumaq üçün bütün addımlar atılmalıdır", - deyə siyasətçi vurğulayıb.
Pezeşkian İsrailin son hücumları zamanı müxtəlif ölkələrə, xüsusən də qonşu dövlətlərə həmrəyliklərinə və yardım təkliflərinə görə təşəkkür edib.
Daşqın HəsənovMissiya.Az