AZ

“Ən sərt və ən qəddar tədbirləri görəcəyəm” - Paşinyan

“Erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın bəyanatı kilsə ilə bağlı deyil, Ermənistanla bağlı olub”.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə müsahibəsində deyib.

“Belə bir təəssürat yaratmağa cəhd edilib ki, müəyyən yerlərdən müəyyən adamlar Ermənistana gəlib özlərinə məxsus şəkildə nəsə edə bilərlər”, - deyə siyasətçi vurğulayıb.

Paşinyan qeyd edib ki, Ermənistanın konkret cavab rıçaqları var və mən heç kimin belə bir şey söyləməsinə dözməyəcəyəm.

Onun sözlərinə görə, Ermənistan demokratik ölkədir və ölkədə da hər kəs öz fikrini bildirmək, toplantılar keçirmək hüququna malikdir, lakin heç kim Ermənistanı təhdid edə bilməz:

“Bu, nə qədər demokratik olsa da, mən istənilən belə halda ən sərt və ən qəddar tədbirləri görəcəyəm”, - deyə siyasətçi əlavə edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
1
missiya.az

2Mənbələr