AZ

İsrail-İran münaqişəsi: Hərbi əməliyyatlar uzun müddət davam edəcək

"İran-İsrail müharibəsi ilə bağlı çoxlu ehtimallar, mülahizələr var. İsrail tərəfi açıq bəyan edir ki, Tel-Əviv İranda daxili siyasi proseslərə qarışmaq, müdaxilə etmək istəmir".

Bu barədə politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İsrail rəsmi açıqlamada vurğulayır ki, onların niyyəti İranda rejimi devirmək deyil:

"Amma bunun əksini iddia edənlər də çoxdur. Onların qənaətincə, İsrail bu hərbi əməliyyatlarla İranda mövcud rejimi dəyişməyi planlaşdırır. Bu məsələdə İsrailin maraqları ABŞ-nin maraqları ilə üst-üstə düşür. Digər oyunçular bir qədər ehtiyatla davranırlar”.

Müsahibimiz qeyd edib ki, ssenarilər müxtəlifdir və hamısı reallaşa bilər. Hər şey hadisələrin gedişatından asılıdır. Politoloq deyib ki, gedişat ABŞ və İsrailin istəyi yönündə irəliləyərsə, İranda rejimin dəyişdirilməsi də gündəmə gətirilə və reallaşa bilər. Hazırda hadisələr göstərir ki, İsrail öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməkdədir.

İlqar Vəlizadə, politoloq

İ.Vəlizadə əlavə edib ki, İsraildən gələn açıqlamalar da o yöndədir ki, əməliyyatlar yarımçıq qalmayacaq:

"ABŞ İsrailə hərbi-siyasi dəstək verməkdədir. Birbaşa müdaxilə olmasa da, o da istisna edilmir. Hərbi əməliyyatların, qarşıdurmanın uzun müddət davam edəcəyi də istisna deyil. Vəziyyət elədir ki, heç bir ssenariyə "yox" demək olmur. Çox güman ki, İranda da bunun fərqindədirlər. Adətən, bir əməliyyata başladıqda "A", "B", "C" planları da əvvəlcədən hazırlanır. İranda rejimi devirmək üçün münbit şərait yetişsə, bu şansı əldən buraxmayacaqlar".

Aydın Baxış

Seçilən
6
bakivaxti.az

1Mənbələr