AZ

Nə qədər baha başa gəlsə də: İran məsələsini kökündən həll etmək lazımdır

Vaşinqtonda hər zaman “Yeni Yaxın Şərq” haqqında danışsalar da, neçə beynəlxalq tribunalarda siyasi bəyanatlar səslənsə də, okeanın o tayından dünya tam fərqli görünür. 

Hər gün “Tzeva Adom” siqnalı ilə oyanan insanın baxışı tamam fərqlidir. İsraildə sülh nə nəzəriyyədir, nə də bir formul. O ya var, ya da yoxdur. Və indi o, yoxdur. Bu müharibənin nəticələri haqqında çox danışmaq olar. 

İranın vurulmasından sonra region necə dəyişəcək, təhlükəsizlik arxitekturası nə cür yenidən qurulacaq – bunlar barədə fikir yürüdənlər olacaq. Avropa və ya Amerika bu addımları köhnə strategiyaların təkrarı kimi görüb effektivliyini sorğulaya bilər.

Amma İsraildə biz bir şeyi dəqiq bilirik: 

İran ətrafında baş verənlər çoxdan yetişmiş bir irin kimdir. Onu “nəzarətdə saxlamaq” mümkün deyildi, onu tamamilə təmizləmək lazım idi. İran rəhbərliyində İsraili xəritədən silmək istəyən insanlar olduğu müddətcə, heç bir diplomatik müqavilə bizə uzunmüddətli sülh verməyəcək. Deyək ki, indi İrana aid olan ən təhlükəli silah - nüvə bombası məhv edildi. 

Kim zəmanət verə bilər ki, sabahdan etibarən yenidən silah toplamağa başlamayacaqlar, yenə proksi terrorçuları maliyyələşdirməyəcəklər, yenə regionu qarışdırmayacaqlar?

Biz artıq bu yolu görmüşük. Dəfələrlə “Qəzzada uzunmüddətli atəşkəs” deyiləndə ümidlənmişdik, amma bir də gördük ki, Sderot və Aşkelonda uşaqlar həlak olur. HƏMAS kimi təşkilatların strukturu, ritorikası və strategiyası dəyişməsə, sülh mümkün deyil. 

İranla da eynidir:

Tehranda hakimiyyətdə bizi xəritədən silmək istəyənlər olduqca, ən sərt şərtlərlə imzalanmış kağız belə İsrail vətəndaşlarına arxayınlıq gətirməyəcək. Amerikada bu təhlükənin nə qədər ciddi olduğunu anlayırlar, amma onların öz qlobal geosiyasəti var. Onlar şahmat taxtasında oynayırlar – Çin, Rusiya, Körfəz ölkələri, neft, seçkilər, daxili elektorat. 

İsrail bu oyunda nə piyada, nə də şahdır

Ona görə də İsrailin yanaşması fərqlidir:

Biz heç bir müharibədə uduzmaq haqqına sahib deyilik. Bu, təkcə siyasətə görə deyil, bu, sağ qalmaq məsələsidir. Bu müharibə nə qədər baha başa gəlsə də, İran məsələsini kökündən həll etmək lazımdır. Ancaq onda bu torpaqlarda sülh haqqında sadəcə nitqlərdə deyil, real həyatda da işıq doğacağına ümid etmək olar. 

Yuri Boçarov, israilli politoloq, siyasi elmlər namizədi

Tərcümə edən:

Seçilən
11
cebheinfo.az

1Mənbələr