Türkiyə pilotsuz təyyarələri daim İran sərhədləri yaxınlığında uçur.
İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” agentlyi məlumat yayıb.
Məlumata görə, İsraillə İran arasında münaqişənin qızışdığı ilk günlərdən Türkiyənin pilotsuz təyyarələri İran sərhədi yaxınlığında kəşfiyyat və müşahidə uçuşları həyata keçirir.
“Bayraktar” və “Aksunqur” kimi pilotsuz təyyarələr bu vəzifələri daimi olaraq yerinə yetirir.
Bundan əlavə, NATO-nun kəşfiyyat təyyarələri də bəzən Türkiyə bazalarından havaya qalxaraq İran sərhədi yaxınlığında kəşfiyyat aparır.
Xuraman Etibarlı
İnterpress.az