Zabratda qanunsuz tikinti faktı aşkarlanıb. Rəsmilər məsələyə səssiz qalır.
Tribunainfo.az xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində növbəti qanunsuz tikinti işləri aşkarlanıb.
XALQ-ın əldə etdiyi məlumata görə, sözügedən ərazidə heç bir rəsmi icazə olmadan tikinti aparılır.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlansa da, qurumlardan heç bir cavab almaq mümkün olmayıb.
Qeyd edək ki, son illərdə ölkədə özbaşına tikintilərə qarşı inzibati tədbirlər gücləndirilib, cərimələr artırılıb. Buna baxmayaraq, xüsusilə Zabrat və ətraf ərazilərdə qanunsuz tikintilərin davam etməsi ciddi narahatlıq doğurur.
Sabunçu rayonuna 2012-ci ildən etibarən Adil Vəliyev rəhbərlik edir. Qanunsuz tikintilərlə bağlı artan faktlar isə idarəetmə mexanizminin effektivliyinə dair suallar yaradır.
Səlahiyyətli şəxslərin məsələyə hansı səbəblə göz yumması məlum deyil.
Xatırladırıq ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dəniz Pənahova