AZ

Ukrayna Ali Radası çoxsaylı vətəndaşlıq haqqında qanunu dəstəkləyib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kiyev, 18 iyun, AZƏRTAC

Ali Rada Ukraynada çoxsaylı vətəndaşlığa icazə verən qanun layihəsini dəstəkləyib. Belə ki, 243 xalq deputatı onun “lehinə”, 19 nəfər “əleyhinə” səs verib, 9 deputat isə bitərəf qalıb.

AZƏRTAC bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyakın “Telegram” kanalına istinadla xəbər verir.

Qeyd edək ki, çoxsaylı vətəndaşlıq genişmiqyaslı müharibə zamanı ölkəni tərk etməyə məcbur olan ukraynalılara Ukrayna ilə əlaqələri davam etdirməyə imkan verəcək. Bu addım, həmçinin xaricdən investisiya və mütəxəssislərin cəlb edilməsinə, dövlətin inkişafına və qorunmasına diasporun verdiyi töhfənin tanınmasına kömək edəcək.

Qanun hökumətin təsdiq etdiyi xüsusi siyahıya daxil edilmiş dövlət tərəfindən ukraynalılara verilən vətəndaşlığını itirmək təhlükəsi olmadan xarici vətəndaşlığa malik olma imkanını, habelə Ukrayna vətəndaşlığından çıxmaq öhdəliyi olmadan başqa ölkənin vətəndaşlığını rəsmi şəkildə əldə etmək hüququnu nəzərdə tutur.

Bu sənəd digər ölkələrin vətəndaşları olan Ukrayna mənşəli şəxslər üçün sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etmək imkanı, etnik kökü olmayan ukraynalılar üçün vətəndaşlıq əldə etmək üçün yeni prosedurun tətbiqi, mövcud vətəndaşlığı saxlamaq imkanı (Rusiya vətəndaşlığını qəbul edən əcnəbilər istisna olmaqla), öz ölkələrində siyasi təqiblərə məruz qalan şəxslər üçün Ukrayna vətəndaşlığı hüququnu təmin edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
azertag.az

3Mənbələr