AZ

IJF: “Hacıyev pressinq edərək dünya çempionatında ilk medalını qazanıb”

Beynəlxalq Cüdo Federasiyası (IJF) Azərbaycanın 90 kq çəki dərəcəsində çıxış edən cüdoçusu Elcan Hacıyevin Budapeştdə keçirilən dünya çempionatında qazandığı bürünc mükafatı şərh edib.

İdman.biz xəbər verir ki, kiçik finalda estoniyalı Kristofer Kalyulaidi məğlub edən Elcan dünya çempionatlarında ilk medalını əldə edib.

IJF portalı azərbaycanlı cüdoçunun çıxışını belə şərh edib: “İlk bürünc medal qarşılaşmasında tamaşaçılar fiziki cəhətdən güclü idmançıların duelini izlədilər. İlk iki dəqiqə ərzində tərəflərdən heç biri üstünlük əldə edə bilmədi. Lakin döyüşün ortalarında Hacıyev "yuko" ilə əks-hücum həyata keçirdi və estoniyalıya təzyiq göstərməyə başladı. Nəticədə bu, görüşdəki yeganə uğurlu fənd oldu. Hacıyev dünya çempionatında ilk medalını qazandı”.

Qeyd edək ki, Budapeştdə millimizin hesabında artıq iki medal var. Bundan əvvəl 81 kq çəki dərəcəsində Zelim Tçkayev də bürünc medal qazanıb.

İdman.biz

Seçilən
7
1
idman.biz

2Mənbələr