AZ

Kazino oyunlarının təşkili üçün 340 min manat dövlət rüsumu ödəniləcək

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaqsahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziyaverilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşdirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrininbu gün keçirilən birgə iclasında müzakirə olunan “Dövlət rüsumuhaqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.

Qanun layihəsinə əsasən, Xəzər dənizinin (gölünün) AzərbaycanRespublikasına mənsub olan bölməsində süni torpaq sahələrindəkazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görədövlət rüsumu 340 min manat (lisenziyanın qüvvədə olduğu müddətdəhər il əlavə 340 min manat) təşkil edəcək.

Bu dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti illisenziyanın verildiyi günədək ödəniləcək.

Məqalədə:
Seçilən
10
34
az.trend.az

10Mənbələr