AZ

“İsrail hamımızın yerinə çirkli işi görür” – Mersdən qalmaqallı açıqlama

“İsrail

Almaniya kansleri Fridrix Mers İsrailin İrana qarşı hərbi əməliyyatlarına dəstək verdiyini bildirib."İsrail hamımız üçün çirkli işi görür" – Mers bu sözləri Almaniyanın ZDF kanalında çıxışı zamanı deyib. O, İsrail ordusuna və rəhbərliyinə hörmət etdiyini vurğulayıb və onların bölgədəki fəaliyyətlərini dəstəklədiyini bildirib.Mers, Welt telekanalına müsahibəsində isə ABŞ-ın hələlik Yaxın Şərqdəki vəziyyətə müdaxilə ilə bağlı qərar vermədiyini qeyd edib:“Amerika hələ qərar verməyib. Görünür, yaxın vaxtlarda verəcək. Bu, Tehranın danışıqlar masasına dönməyə nə dərəcədə hazır olmasından asılıdır”, – deyə kansler qeyd edib.O əlavə edib ki, əgər İran danışıqlara qayıtmasa, vəziyyət daha da gərginləşə bilər. Mersin fikrincə, İsrailin hücumlarından sonra İranın əvvəlki gücünə qayıtması artıq mümkün deyil.Ulusum.az

Diqqət Çəkənlər

“İran dərhal təslim olmalıdır” – Tramp G7-ni yarımçıq qoydu

Tramp danışacaq: İranla müharibə qapıdadır?

İranda "əsrlik sürpriz" vəd edilir: Bu axşam dünya nəyi unutmayacaq?

Seçilən
1
ulusum.az

1Mənbələr