Rusiya Silahlı Qüvvələri Sumı vilayətinin Novonikolayevka və Xarkov vilayətinin Dolqenkoye yaşayış məntəqələrini nəzarətə götürüb.
Sfera.az “TASS” a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Şimal” qoşun qrupunun bölmələri düşmənin müdafiəsini yararaq Sumı vilayətinin Novonikolayevka qəsəbəsinə doğru irəliləyib və yaşayış məntəqəsini nəzarət altına alıblar.
Eyni zamanda, “Qərb” qoşun qrupunun qətiyyətli hərəkətləri nəticəsində Xarkov vilayətinin Dolqenkoye qəsəbəsi də Rusiya qüvvələrinin nəzarətinə keçib.
Qeyd edək ki, hazırda Ukraynada hərbi əməliyyatlar davam edir. Rusiya tərəfi bir neçə istiqamətdə hücum əməliyyatlarını genişləndirməkdədir.
Fidan Hacızadə
Sfera.az