AZ

Emin Əmrullayev əmr İMZALADI

Azərbaycan mətbuatının 150 illiyinə həsr olunan “Elm və təhsil obyektivdə” foto-video müsabiqə keçiriləcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd olunub ki, elm və təhsil ictimai maraq kəsb edən sahə olmaqla yanaşı, bütün maraqlı tərəflərin iştirakını zəruri edən prosesdir. Sözügedən prosesdə maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi planlaşdırılır.

Əmrlə müsabiqənin keçirilməsi ilə bağlı əlaqələndirmə işlərinin aparılması məqsədilə İşçi Qrupu yaradılacaq.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilib.

Seçilən
6
1
redaktor.az

2Mənbələr