AZ

Meksikada son iki gün ərzində ikinci şəhər meri qətlə yetirildi

Meksikanın Miçoakan ştatının Tepałkatepek şəhərinin meri Marta Laura Mendosa Mendosa öldürülüb. Bu, son iki gün ərzində baş verən ikinci mer qətlidir.

Bizim.Media “kp.ru” saytına istinadən xəbər verir ki, mərhum mer solçu “Morena” partiyasının üzvü idi.

Məlumata görə, o, evindən çıxarkən silahlı şəxslər tərəfindən qətlə yetirilib. Bu barədə Dövlət İnstitusional İnqilab Partiyasının (PRI) rəhbəri Gilyermo Valensiya sosial şəbəkələrdə məlumat yayıb və belə deyib:
 

“Biz ədalət tələb etməyə davam edirik. Miçoakanda artıq altı mer indiki administrasiya dövründə öldürülüb”.


Tepalkatepek şəhəri narkokartellərin fəaliyyət göstərdiyi və zorakılıq halları ilə tanınan bölgələrdən biridir. Burada bir neçə mütəşəkkil cinayətkar qruplaşma eyni vaxtda fəaliyyət göstərir.

Hazırkı qətl hadisəsi, San-Mateo-Pinyas şəhərinin meri Liliya Qarsiya Sotonun öldürülməsindən cəmi iki gün sonra baş verib. Bundan öncə iyunun əvvəlində Takambaro şəhərinin meri Salvador Bastidas öldürülmüşdü.

Xatırladaq ki, keçən il Koyuka-de-Benites şəhərində merliyə namizəd Xose Alfredo Kabrrer Barryentos seçki mitinqində güllələnmişdi. Həmin seçki kampaniyası dövründə 22-dən çox siyasətçi öldürülmüşdü.

Bu hadisələr bir daha Meksikada siyasətçilərə və dövlət məmurlarına qarşı artan zorakılığın və narkokartellərin təsirinin nə dərəcədə təhlükəli olduğunu göstərir.

Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr