ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"GL" ASC (Sizin Lombard) Çağrı Mərkəzi üçün Rəhbər (Manager) vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
Çağrı Mərkəzinin gündəlik fəaliyyətinin effektiv və səmərəli idarə olunması;
Müştəri xidmətləri strategiyasının hazırlanması və həyata keçirilməsi, müştəri məmnuniyyətinin davamlı artırılması;
Çağrıların idarə olunması proseslərinin (daxil olan və çıxan zənglər, şikayətlərin cavablandırılması, sorğuların emalı və s.) təşkili və təkmilləşdirilməsi;
Komandanın idarə olunması, işçilərin inkişafı, motivasiyası və performansının qiymətləndirilməsi;
Əsas performans göstəricilərinin (KPI) müəyyənləşdirilməsi, izlənməsi və məqsədlərə nail olunmasına nəzarət;
Müştəri müraciətlərinin və şikayətlərinin analizi, təhlil əsasında inkişaf planlarının hazırlanması;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Çağrı Mərkəzi proseslərinin avtomatlaşdırılması, innovativ həllərin tətbiqi üçün təşəbbüslərin irəli sürülməsi;
Digər struktur bölmələrlə effektiv əməkdaşlığın təmin edilməsi.
Tələblər:
✔️ Müvafiq sahə üzrə azı 2-3 il rəhbər vəzifədə iş təcrübəsi (çağrı mərkəzi rəhbərliyi və ya müştəri xidməti idarəetməsi sahəsində təcrübə üstünlükdür);✔️ Ali təhsil (biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat, menecment və ya digər uyğun ixtisaslar üzrə);✔️ Güclü liderlik və komanda idarəetmə bacarığı;✔️ Strateji düşüncə, qərarvermə və problem həll etmə bacarığı;✔️ Yüksək kommunikasiya və təqdimat bacarıqları;✔️ Müştəri yönümlü yanaşma və xidmət keyfiyyətinə xüsusi diqqət;✔️ Analitik təhlil aparmaq və hesabatlar hazırlamaq bacarığı;✔️ MS Office proqramları və çağrı mərkəzi proqram təminatları ilə işləmə bacarığı.
Təklif etdiklərimiz:
Rəqabətqabiliyyətli əmək haqqı;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Dinamik və dəstəkləyici iş mühiti.
Maraqlanan namizədlər CV-lərini "Çağrı Mərkəzi Rəhbəri" başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 0502481000
"GL" ASC
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.