AZ

Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır

“İndi bizimlə, ailəmizlə olan hər kəsə minnətdarıq. Dəstək sözlərinə, inama, millətimizin vahid prinsip və təməllərinə görə. Bu, həqiqətən vacibdir”.

Publika.az xəbər verir ki, bu barədə Samvel Karapetyanın qızı Tatevik Karapetyan sosial şəbəkədə yazıb.

"Amma bu gün təkcə sözə ehtiyac yoxdur! Ailəmiz həmişə xalqımızın yanında olub. Ölkə üçün ən çətin anlarda biz ədaləti müdafiə etmişik. Atamın bütün tərəfdarlarını Mazmanyan küçəsi 5 ünvanında yerləşən İstintaq Komitəsinin binasında gözləyirik. Qoy hamı görsün - o tək deyil. Biz tək deyilik”, o yazıb.

Qeyd edək ki, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana qarşı hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar iddiası ilə ittiham irəli sürülüb.

Seçilən
8
publika.az

1Mənbələr