AZ

İsrail-İran müharibəsi bütün bölgəyə yayıla bilər

İsrail və İranın qarşılıqlı hücumlarını qiymətləndirən ekspertlər münaqişənin bütün regiona yayıla biləcəyi barədə xəbərdarlıq ediblər. Əlcəzair əsilli ispan siyasi ekspert və Yaxın Şərq-Afrika ölkələri üzrə ekspert Taleb Alisalem bildirib ki, İsrail və İran arasında münaqişə bütün regiona yayıla biləcək çox təhlükəli ssenari yaradıb.

Editor.az bu barədə xarici mediaya istinaəla xəbər verir. Dünyada neft istehlakının 35 faizinin, təbii qaz istehlakının isə 25 faizinin keçdiyi Hörmüz boğazına diqqət çəkən Əlisəlim deyib: “Bu səbəbdən İranla açıq qarşıdurmanın təkcə regional deyil, həm də qlobal nəticələri olacaq”.

İsrailin hərəkətlərini başqa şeylərlə yanaşı, ölkədəki daxili siyasi vəziyyətlə də izah edə biləcəyini deyən ekspert Qəzzada qarşıdurmanın dayandırılmasını və HƏMAS-ın saxladığı məhbusların azad edilməsini tələb edən baş nazir Benyamin Netanyahunun ictimaiyyət tərəfindən təzyiq altında olduğuna diqqət çəkib.

İsrailin siyasətinə reaksiyaların ölkə hüdudlarından kənarda da artmağa davam etdiyini deyən Alisalem deyib: “London, Madrid, Vaşinqton və Nyu-Yorkda çox sayda insanın etiraz aksiyası keçirdiyini görürük. Yüz minlərlə insan Fələstin xalqını dəstəkləyir və İsraili qınayır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr