AZ

VI Yerli şirkətlərin tanıtım sərgisi nin açılış mərasimi olub

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bu gün yerli şirkətlərin iştirakı ilə VI "Yerli şirkətlərin tanıtım sərgisi"nin açılış mərasimi baş tutub".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Marsol Group"un təsisçisi və İş Adamları Cəmiyyəti Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev deyib. O bildirib ki, altıncı dəfə təşkil olunan sərgi "Marsol Group" və İş Adamları Cəmiyyəti Milli Assosiasiyasının birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində gerçəkləşir.

"Sərginin açılışında dövlət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sərgidə müxtəlif sektorları təmsil edən 300-ə yaxın yerli şirkət iştirak edir. Onların arasında istehsalçılar, idxalçılar və xidmət sahəsində fəaliyyət göstərən şirkətlər üstünlük təşkil edir".

"Bu il sərgiyə 30 mindən çox ziyarətçi gözlənilir. İlk gündən sərgimizə göstərilən maraq bizi sevindirir. Dörd gün davam edəcək sərginin bütün iştirakçılar və ziyarətçilər üçün faydalı və maraqlı olacağına inanırıq. Məqsədimiz yerli sahibkarları daha geniş auditoriyaya tanıtmaq və onların xarici bazarlara çıxışına dəstək verməkdir", - deyə Tural Mustafayev qeyd edib.

O, sərginin təşkilində dəstək göstərən bütün dövlət qurumlarına və özəl sektora təşəkkürünü bildirib.

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
40
oxu.az

10Mənbələr