Bu gün Azərbaycanın UEFA Avropa Liqasındakı (AL) təmsilçisi "Sabah"ın potensial rəqibləri müəyyənləşəcək.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" birinci təsnifat mərhələsində Sloveniyanın "Çelye" komandasını keçəcəkləri təqdirdə, növbəti rəqib saat 15-də atılacaq püşk nəticəsində məlum olacaq.

"Sabah"ın AL-in ikinci mərhələsindəki potensial rəqibləri:

"Braqa" (Portuqaliya)

"Legiya" (Polşa) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi

AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) cütünün qalibi

"Luqano" (İsveçrə)

Əgər "Sabah" AL-in birinci mərhələsində uduzsa, avtomatik olaraq mübarizəni UEFA Konfrans Liqasının ikinci mərhələsində davam etdirəcək. Bu mərhələnin püşkü bu gün saat 17-də atılacaq.

Bakı klubunun Konfrans Liqasındakı potensial rəqibləri:

"Rapid" (Avstriya)

"Yaqolleniya" (Polşa)

"Birkirkara" (Malta) -  "Petrokub" (Moldova) cütünün qalibi

"Atletik Klub d'Eskaldes" (Andorra) -  "Düddelanj" (Lüksemburq)

"Universitatea Krayova" (Rumıniya)