Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-dəBolqarıstan Respublikası Milli Assambleyasının sədri NataliyaKiselovanı qəbul edib.
Trend xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimizarasında əlaqələrin strateji xarakter daşıdığını deyərək,əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlısəfərləri və həyata keçirilən birgə layihələri qeyd etdi. Siyasimünasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayandövlətimizin başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlıfəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirdi.
Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadiƏməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçiriləntoplantısında iştirakının önəminə toxundu, səfərin səmərəliolacağına və ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsiüçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə etdi.
Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən qonaqölkələrimizin əlaqələrinin inkişafından məmnunluğunu bildirdi,Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqındaBirgə Bəyannaməni vurğuladı.
Nataliya Kiselova Heydər Əliyev Fondunun dəstəyi iləBolqarıstanın Veliko-Tarnovo şəhərində Trapezitsa Arxeoloji MuzeyQoruğunun bərpasını xatırladaraq, bunun bolqar xalqı tərəfindənyüksək qiymətləndirildiyini dedi və bu layihənin həyatakeçirilməsinə görə Heydər Əliyev Fondunun Prezidenti MehribanƏliyevaya minnətdarlığını ifadə etdi.
Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ParlamentAssambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinətoxunularaq, bu tədbirin quruma üzv ölkələrin parlamentləriarasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulandı.Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyibildirilərək, ölkəmizin bu təşkilata yüksək səviyyədə sədrliketdiyi qeyd olundu.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilat çərçivəsində uğurluəməkdaşlığı və bir-birini dəstəkləməsi qeyd edildi,iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji və digərsahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün genişimkanların olduğu bildirildi.