AZ

İranda indiyədək vurulan obyektlərin sayı açıqlanıb

Bu barədə İsrail Ordusunun mətbuat xidmətinin sözçüsü Effi Defrin jurnalistlərə açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, İrandakı nüvə təhlükəsini zərərsizləşdirmək məqsədilə sistematik iş görülür.

"Aviazərbələr nəticəsində İranın ballistik raketlərinə, hava hücumundan müdafiə sistemlərinə dəyən əhəmiyyətli zərəri getdikcə dərinləşdirir",- o deyib.
Kats:"Tornado İranı dağıtmaqdadır"

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.

Firudin Həmidli
AzVision.az
Seçilən
11
azvision.az

1Mənbələr