AZ

Millimizin Belarus yığması ilə keçirəcəyi oyunların yeri açıqlanıb

İyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının yeri, başlanma vaxtı və hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

İyunun 28-də Jodinodakı “Torpedo” stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. İyulun 1-dəki qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.

Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina köməklik göstərəcəklər. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.

“Fənərbaxça”nın prezidenti BAKIDA

“Qarabağ” ilk transferini gerçəkləşdirdi - RƏSMİ

Mert Çelik: “Sadəcə bir qələbə qazansaydıq…”

“Sabah”da növbəti ayrılıq - RƏSMİ

Millimizin Belarusla oyunlarının yeri və hakimləri müəyyənləşib

Seçilən
21
17
apasport.az

10Mənbələr