AZ

PKK-nın silah buraxma görüntüləri bu tarixdən yayımlanacaq

PKK terror təşkilatının Abdullah Öcalan may ayının 12-də silahı yerə qoymaqla bağlı çağırış edib. Hazırda diqqətlər qruplaşmanın nə zaman və hansı formada silahları buraxacağına yönəlib.

Modern.az xəbər verir ki, iyun ayının sonundan silahların yerə qoyulması ilə bağlı görüntülər ictimaiyyətə təqdim edilə bilər. 

Bu barədə iqtidar və DEM Partiyasının mənbələri Türkiyə mətbuatına məlumat yayıblar. Bildiriblər ki, proses gözlənildiyi kimi gedir.

Qeyd edək ki, qəbul ediləcək qərarların müzakirəsi üçün komissiyanın qurulması gündəmdədir. Komissiyanın parlament sədrinin rəhbərliyi altında qurulması planlaşdırılır.

Seçilən
5
2
modern.az

3Mənbələr