Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlıİnkişaf Konqresi” çərçivəsində Azərbaycan Memarlıq və İnşaatUniversiteti (AzMİU) və Ankara Universiteti arasında əməkdaşlığadair yeni bir addım atılıb.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və AnkaraUniversitetinin rektoru professor Necdet Ünüvar arasında OrhunMübadilə Protokolu imzalanıb. Protokol türk dünyasının ali təhsilməkanında tələbə və müəllim mübadiləsinin təşviq olunması, eləcə dətədris və elmi əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.
Protokolun imzalanması ilə AzMİU və Ankara Universiteti arasındaəlaqələrin daha da dərinləşəcəyi, ortaq tədris və tədqiqatlayihələrinin genişlənəcəyi gözlənilir. Bu əməkdaşlıq, o cümlədəntələbə və müəllim heyətinə türk dünyasının müxtəlif təhsilmühitlərində təcrübə mübadiləsi aparmaq imkanı yaradacaq.
Qeyd edək ki, Orhun Mübadilə Proqramı Türk UniversitetləriBirliyinin (TÜRKÜNİB) təşəbbüsü ilə həyata keçirilir və üzvuniversitetlər arasında qarşılıqlı akademik əməkdaşlığıgücləndirməyə yönəlib.