AZ

Tarixçi Kərəm Məmmədovun yubileyi və yeni kitabı təqdim olunacaq

İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında tanınmış Azərbaycan tarixçisi, etnoqraf, Əməkdar müəllim Kərəm Məmmədovun 60 illik yubiley tədbiri və alimin vəfatından sonra nəşr olunmuş "Borçalı Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində" kitabının təqdimatı olacaq. 

"Sherg.az"ın xəbərinə görə, Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir AMEA Mərkəzi Elmi Kitabxanasında, saat 14:00-da baş tutacaq. 

Qeyd edək ki, Kərəm Məmmədov yeni nəsil tarixçilərin yetişməsində böyük əməyi olan, ortaq türk tarixinin yazılması və tədqiqində böyük xidmətlər göstərən milli tarix məktəbinin qurucularından idi. Arzu edənlər tədbirdə iştirak edə bilər. 
Seçilən
13
2
sherg.az

3Mənbələr