AZ

Rusiyanın Kiyevə hücumu24 ölü

Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.

"Ümumilikdə iyunun 17-si gecə saatlarında Rusiyanın hücumundan sonra paytaxtda 24 nəfər həlak olub, daha 134 nəfər xəsarət alıb", - məlumatda bildirilib.

Qeyd edək ki, zərbə nəticəsində paytaxtın Solomenski rayonunda doqquzmərtəbəli bina zədələnib. Dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir.

Seçilən
14
xezerxeber.az

1Mənbələr