Qızılın bir troya unsiyası üzrə fyuçerslərinin qiyməti 0,23% artaraq 3 414,9 ABŞ dollarına bərabər olub. Bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasında qeyd olunub.
COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,59% artaraq 37,37 ABŞ dolları olub.
Cari ilin iki ayında Azərbaycanda qızıl istehsalı 478.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 40 milyon 170.4 min ABŞ dolları dəyərində 748.3 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 53 682.9 ABŞ dolları təşkil edib.
Qızılın qiyməti ilk dəfə $3 300-ü keçib. Bu ilin əvvəlindən etibarən bu metalın qiyməti 23%-dən çox bahalaşıb.
Aytac