AZ

ABŞ senatoru qorxulu ETİRAF ETDİ: ABŞ İsrailə...

Ajans.az xəbər verir ki, ABŞ senatoru Ted Kruz Taker Karlsonla müsahibəsində ABŞ-nin hücumlarda iştirakını etiraf edib, onun fraqmenti jurnalistin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub. Emosional söhbət zamanı senator Tehranı ABŞ prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham edib. Cavabında jurnalist qeyd edib ki, Kruz özü də buna inanmır, çünki bu halda o, artıq İrana qarşı cavab hərbi zərbəsi endirməyə çağıracaqdı. "Biz artıq bu zərbələri vururuq”, - Kruz vurğulayıb. Həmsöhbətinin bu sözlərindən sonra Karlson onları “son xəbərlər” adlandırıb, çünki bunlar Amerika administrasiyasının rəsmi mövqeyinə ziddir. Cavabında Kruz qeyd edib ki, İsrail İrana zərbələr endirir və Vaşinqton yalnız onu dəstəkləyir. Bundan əvvəl MKİ-nin keçmiş analitiki Larri Conson bildirmişdi ki, Trampın müşavirləri onu İsrail tərəfində İranla hərbi toqquşmaya sövq etmək üçün yanlış məlumat verirlər. Onun sözlərinə görə, Ağ Ev rəhbəri işlərin real vəziyyəti ilə bağlı dəqiq məlumat almır, ona görə də o, ABŞ və İsrailin İran üzərindəki hədsiz texniki üstünlüyünə arxayındır, əslində isə yoxdur.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
28
Ajans.az

1Mənbələr