AZ

Aİ Rusiya qazından imtina etsə, "Qazprom" Slovakiyadan 16 milyard avro tələb edəcək

Avropa İttifaqı (Aİ) Rusiya qazından tamamilə imtina edərsə, "Qazprom" Slovakiyadan 16 milyard avro cərimə ödəməsini tələb edə bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə Aİ-nin planlarından narazı olan Slovakiyanın dövlət şirkəti SPP məlumat yayıb.

Slovakiya "Qazprom"la uzunmüddətli müqavilə əsasında qaz alır. SPP qeyd edib ki, təchizat müqaviləsinə əməl edilməməsi əhəmiyyətli maliyyə nəticələri ola bilər.

"Slovakiya 2028-ci il yanvarın 1-dən Rusiya yanacağının idxalını dayandırarsa, "Qazprom"un bütün satılmamış qaz həcminə görə ödəniş tələb etməsi riski var", deyə şirkət xəbərdarlıq edib.

İyun ayında Avropa Komissiyasının (AK) 2027-ci ilin sonuna qədər uzunmüddətli müqavilələr çərçivəsində Rusiya təbii qazı və mayeləşdirilmiş təbii qazın idxalını dayandırmaq üçün Aİ üzvlərinə rəsmi təklif təqdim edəcəyi gözlənilir. Bu həftə Macarıstan və Slovakiya AK planına veto qoyub, Avstriya isə Rusiyadan qaz tədarükünü bərpa etmək istədiyini bildirib.

Paşa Məmmədli

Seçilən
12
valyuta.az

1Mənbələr