AZ

İsrail Tehranda uran sentrifuqa istehsalına zərbə endirib

Çərşənbə günü, iyunun 18-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) Tehranda uranın zənginləşdirilməsi üzrə sentrifuqa istehsalı obyektlərinə və İrandakı raket zavodlarına zərbələr endirib. Əməliyyatda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-yə yaxın təyyarə iştirak edib.

Bu barədə Oxuməni.az “Deutsche Welle”yə istinadən xəbər verir ki,məlumatı İDF-nin mətbuat xidməti yayıb.

İsrail ordusunun məlumatına görə, hədəflər arasında silah fabrikləri, o cümlədən İranın İsrailə atdığı “yer-yer” raketləri üçün xammal və komponentlər istehsal edən fabriklər, eləcə də təyyarələri məhv etmək üçün nəzərdə tutulmuş “yer-hava” raketləri üçün sistem və komponentlər istehsal edən obyektlər olub.

Bundan əvvəl İsrail hava zərbələri ilə Natanzdakı yeraltı zavodda uranı zənginləşdirən sentrifuqaları məhv edib. İsrailin zərbələri nəticəsində İsfahandakı nüvə obyektində də ziyan qeydə alınıb. Eyni zamanda, Fordo zənginləşdirmə zavodunun və tikilməkdə olan Xondab ağır su reaktorunun yerində heç bir ziyan qeydə alınmayıb. Buşəhr atom elektrik stansiyası son hücumların hədəfi olmayıb və Tehrandakı tədqiqat reaktoru kimi zərər çəkməyib.

İran xəbər agentlikləri İsrail hərbçilərinin Tehranın şərqində İmam Hüseyn Universitetinə zərbələr endiriblər. “The Times of Israel” yazır ki, bu təhsil müəssisəsi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlıdır.

İran da öz növbəsində İsrailə yenidən raket zərbələri endirib. İranın “Tasnim” agentliyi iddia edir ki, raket zərbəsi münaqişə başlayandan bəri ən kütləvi zərbələrdən biridir. İsraildə tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Almaz Həsənli

Seçilən
10
1
oxumeni.az

1Mənbələr